“Keyrəki” palçıq vulkanında artıq aktivlik yoxdur”

media-hightechnic-468x90

aa16f46204ae92fa680e0db0dfd0da12“Hazırda “Keyrəki” palçıq vulkanında qeydə alınmış sabitlik dəyişilməz olaraq qalır, heç bir aktivlik yoxdur”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, ətrafa yayılmış brekçiyanın həcmi ən çox olan hissədə 4 metr, ən az olan hissədə isə 10 santimetr təşkil edir. Ümumi
brekçiyanın yayıldığı sahə isə 2 hektara yaxındır”.

İ. İbrahimova həmçinin onu da əlavə edib ki, palçıq vulkanının püskürməsi zamanı spesifik olan çatlar bu püskürmədə qeydə alınmayıb: “Bu dəfəki püskürmə 2001-ci ildəkindən xeyli zəifdir”.

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan ” Keyrəki” palçıq vulkanında partlayışla müşayiət olunan püskürmə hadisəsi baş verib.

***
Bu gün saat 12:30 radələrində da Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan “Keyrəki” palçıq vulkanında partlayışla müşayiət olunan püskürmə hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, püskürmə nəticəsində xaric olunmuş palçıq axını 200 metrə qədər uzanıb.

Hazırda ərazidə nazirliyin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir və püskürmənin həcmi hesablanır.

Qeyd edək ki, belə anoloji püskürmə 2001-ci ildə qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600