Kiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək

media-hightechnic-468x90

ABŞ-də prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi seçki kampaniyasına fasilə verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında bildirib.

“Mən seçki kampaniyamı dayandırmıram, sadəcə fasilə verirəm. Adım əksər ştatlarda bülletendə qalacaq”, – deyə o qeyd edib.

Siyasətçi ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-də sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-də anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05