Bu gün 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakının Fəvvarələr meydanında tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə idman federasiyaları, bu sahədə fəaliyyət göstərən təşkilat və qurumlar öz stendlərini nümayiş etdiriblər.
Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri, fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.
Emin Səfərov
Foto – Cəmalə Əlizadə
www.yenicag.az