Kişi boksçularımız lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

media-hightechnic-468x90

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.

media-banner_tuq

Azərbaycan Boks Federasiyasından Yenicag.az-a bildiriblər ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü sözügedən şəhərə yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05