Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kişilər niyə "qoruyucu"dan istifadə etmirlər? - Səbəblər

Xüsusilə də qadınların cavabını çox maraqlandırdığı bir sual var: Kişilər niyə prezervativdən istifadə etmək istəmirlər?

Yenicag.az xəbər verir ki, bu məsələ ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb.

Bu günə qədər yaşadığınız münasibətlərdə həmişə qorunan tərəf siz olmusunuzsa, mütləq ağlınızın bir ucunda kişinin də qorunmasının lazım olduğunu düşünürsünüz. Halbuki, kişilər seks zamanı prezervativ istifadə etməyin tərəfdarı deyillər. Bunu heç də sağlıq və qorunma ilə əlaqələndirməyin, burada əsas məsələ zövqlə bağlıdır.

İngiltərənin BMJ tibbi nəşrinin son iddiasına görə, kişilər qarşılarındakı qadını nə qədər seksual görürlərsə, onlarla prezervativdən yararlanmadan sekslə məşğul olmaq baxımından bir o qədər basqı hiss edirlər. 51 heteroseksual (əks cinsə qarşı emosional, romantik , erotik yaxud cinsi meylin olmasıdır. Seksual oriyentasiyaların ən geniş yayılmış formalarından biridir – red.) kişiyə xeyli qadın fotosu göstərilib və onlardan həmin xanımları dərəcələndirmələri xahiş olunub. Daha sonra iştirakçılara gördükləri qadınlarla nə dərəcədə sekslə məşğul olmağı istədikləri və bu zaman prezervativin əleyhinə olub-olmadıqları soruşulub.

Nəticələr göstərib ki, bir qadın nə qədər baxımlı olursa, kişilər onunla daha çox sekslə məşğul olmağı arzulayırlar və bu zaman prezervativdən istifadə etməyi istəmirlər. Bundan başqa, özlərini daha simpatik hesab edən kişilər sıradan hesab etdikləri digər həmcinsləri ilə müqayisədə qorumasız sekslə məşğul olmağı daha çox haqq etdiklərini düşünürlər.

Maraqlı məqamlardan biri də odur ki, qarşısındakını gözəl hesab edən qadınlar da eyni düşünürlər. “Health Psychology” jurnalının bu barədə apardığı araşdırmalarda da isbatlanıb ki, qadınlar da yaraşıqlı kişilərlə münasibətlər zamanı prezervativi yaddan çıxarırlar.

www.yenicag.az

37150
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM