Kiyevdə Xocalı soyqırımı ilə bağlı kampaniya başladıldı

media-hightechnic-468x90

kievv (1)Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Kiyev şəhərində Xocalı soyqırımı ilə bağlı böyük kampaniyaya başlanılıb. Bu barədə məlumatı  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Kiyevin mərkəzi metro stansiyalarında Xocalıda azərbaycanlıların soyqırımı ilə bağlı Ukrayna dilində məlumatlandırıcı plakatlar yerləşdirilib: “Biz əhalinin daha çox istifadə etdiyi “MaydanNezalejnosti”, “Xreşatik”, “Teatralnaya”, “Lev Tolstoy” kimi tanınmış mərkəzi metro stansiyalarının giriş və çıxışlarında asılmış bu plakatlarda erməni hərbi qruplaşmalarının azərbaycanlılara qarşı həyata keçirdikləri hərbi cinayətlərlə bağlı mətnli plakatlar yerləşdirdik. Bu təbliğat vasitələri fevralın sonunadək orda qalacaq”.
H.Cavadov bildirib ki, məqsədləri Xocalı faciəsini Ukrayna ictimaiyyətinə və Kiyev şəhərinin qonaqlarına çatdırmaqla erməni vəhşiliyini ifşa etməkdir: “Bilirsiniz ki, bu gün Ukrayna da separatizmdən əziyyət çəkir, bir sıra şəhərlərində bu və buna oxşar vəhşiliklər törədilir. Hazırda çox həssas dönəmdir, Kiyevə yüzlərlə xarici qonaq və KİV nümayəndələri gəlir. Məqsədimiz bu fürsətdən istifadə edib Azərbaycanın hələ 23 il bundan öncə başına gətirilən müsibətləri onlara çatdırmaqdır”.
Ukraynada Xocalı faciəsi ilə bağlı daha bir neçə bu kimi layihələr həyata keçiriləcəyini bildirən Diaspor rəhbəri bu istiqamətdə “Xocalıya Ədalət” Kampaniyasının rəhbəri, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müstəsna və yüksək koordinatorluğunun xüsusi qeyd edib.
H.Cavadov bildirib ki, diaspora məxsus “Azərbaycanın sözü” qəzetində Xocalı soyqırımına həsr edilmiş Ukrayna dilində xüsusi buraxılış hazırlanır: “Soyqırımla bağlı keçirəcəyimiz anım tədbirində isə “Xoca” filmi nümayiş etdiriləcək”.
Qeyd edək ki, layihənin koordinatoru Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanovdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600