“Hazırkı Ukrayna hakimiyyətinin hərəkətləri İŞİD üsullarını xatırladır, çünki Kiyev öz arsenalında oxşar terror fəaliyyət nümunələrindən istifadə edir”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ehtiyat xəttini ayırması ilə bağlı xəbərləri şərh edərkən bildirib.
“Kiyev rejimi, qadağan edilmiş İraq və Şam İslam Dövləti kimi, öz arsenalında geniş terror fəaliyyət planlarına malikdir: mülki infrastrukturu sarsıtmaq və mülki əhalinin öldürülməsindən tutmuş nüvə terrorizminə qədər”, – o, qeyd edib.
Zaxarova əlavə edib ki, Zaporojye və Kursk atom elektrik stansiyaları Kiyev rejiminin cinayətkar terror aktlarının hədəfinə çevrilib./unikal
www.yenicag.az