!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 30 dinc sakin ölüb

!Reklam – Yazi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Rakka şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində azı 30 dinc sakin ölüb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, bu barədə Livanın “Al Mayadeen ” telekanalı xəbər verib.

Məlumata görə, Rakka şəhərini tərk etməyə çalışan insanlar hava zərbələrinə məruz qalıblar.

İyunun 3-də beynəlxalq koalisiyanın Rakka şəhərində yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 43 dinc sakin ölüb.

Qeyd edək ki, Hələbdən 160 km cənub-şərqdə yerləşən Rakka şəhəri 2013-cü ildən İŞİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal edilir.

Yenicag.az

COP29

www.yenicag.az

905
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv