Köhnə separatçı yenidən bu təxribatla ortaya çıxdı
Azərbaycan ordusunun Qarabağda antiterror əməliyatları erməni diasporu başda olmaqla bütün antimilli qüvvələri hərəkətə gətirib. Belə ki, özünü talış millətçisi adlandıran Fəxrəddin Abbaszadə adlı Talış xalqının adından danışmağa haqqı belə olmayan separatçı bu fürsətdən istifadə edərək suyu bulandırmağa can atıb . Belə ki, kavnews.ru adlı erməni saytında məqalə yazaraq, diaspor nümayəndələrimiz tərəfindən 16 Aprel 2016-cı ildə keçirilən tədbirin mahiyyətini fərqli və qərəzli formada rusdilli ictimaiyyətə təqdim edib.
Bu təxribatçının ürəyini soyutmadığından həmin tədbirdən foto paylaşmaq əvəzinə ASGA Rusiya nümayəndəliyinin və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil etdiyi 2 fevral gənclər günü münasibəti ilə təşkil edilən tədbirin şəkilini paylaşıb .












