!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Komandalarımızın avrokuboklarda cavab oyunları: “Bu, hər iki komanda üçün tarixi şansdır”

!Reklam – Yazi

“Sent Patriks”lə “Osiyek”i müqayisə etsək, “Osiyek” daha səviyyəli komandadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyununda rəqibləri ilə üz-üzə gələcək “Zirə” və “Sabah” komandalarının şanslarını dəyərləndirən idman jurnalisti Emin Abbasov deyib.

Onun sözlərinə görə, bu, hər iki komanda üçün tarixi şansdır:

“Çünki ilk dəfə Konfras Liqasının pley-off mərhələsində oynaya bilərlər. Amma bir amili mütləq nəzərə almaq lazımdır ki, bizim komandaların bu mərhələrdə bir az oynamaq təcrübəsi yoxdur, ümumiyyətlə avrokubok təcrübələri böyük deyil. “Sabah” yeni yaranmış klubdur. Cəmi ikinci dəfə oynayır. “Zirə” özü də səhv etmirəmsə, üçüncü dəfə belə turnirdə çıxış edir. Yəni avrokuboklarda davamlı oynayan komandalar deyil. Ona görə də avrokuboklarda təcrübə vacib amildir, amma burada bir şeyi nəzərə alaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi, xüsusilə, “Qarabağ”da çox belə mərhələlər görüb. “Sabah”ın baş məşqçisi Renduliç Bosniya klubunda tarixində ilk dəfə Konfrans Liqasının qruplarına çıxarıb. Yəni, ən azı məşqçilərin bu məsələdə müəyyən təcrübəsi var”.

E.Abbasov qeyd edib ki, “Zirə”ni evdə rahat oyun gözləmir:

Oyunlara gəldikdə, “Zirə”ni evdə rahat oyun gözləyəcəyini deməzdim. Çünki Xorvatiya klubları fərqli oynayan komandalar olduğunu bilirik. Avrokuboklarda özlərini daha rahat, sərbəst hiss edirlər. Xorvatiyadakı oyunda “Osiyek”in üstün tərəflərinin şahidi olduq. Heyəti genişdir, kifayət qədər yaxı oyunçuları var. İkinci hissədə “Zirə” hesabı bərabərləşdirə bilmişdisə, birinci hissə rəqibin üstünlüyü ilə keçmişdi. Burada “Zirə”nin özəlliyi ondadır ki, möhkəm komandadır, oyun nizam-intizamlından heç vaxt qorxmurlar, onlar həmişə məşqçi tapşırığına gedirlər, yəni komanda oyunu nümayiş etdirirlər. Fərdlərdən daha çox komanda oyunu var, sistem yaxşı işləyir. Bakıda Rəşad Sadıqovun tapşırıqlarını yerinə yetirərək və qapını toxunulmaz saxlayıb, minimal hesablı qələbə ilə mərhələni adlamaq olar. Amma düşünürəm ki, “Zirə” əlavə vaxta da, penaltilərə də hazır olmalıdır. Ona görə də hər gedişata hazır olmaq lazımdır. Burada psixoloji də hazır olmalısan. Çünki penalti həm də fikrimcə, psixologiya mübarizəsidir”.

Ekspert əlavə edib ki, “Sabah”ın evdə yaxşı şansları var:

“Sabah”a gəldikdə, əgər “Sent Patriks”lə “Osiyek”i müqayisə etsək “Osiyek” daha səviyyəli komandadır. Amma “Sent Patriks” “Sabah” üçün uyğun olmayan rəqibdir. Ona görə ki, tərzi fərqlidir. Yəni, bizdə Azərbaycan Premyer Liqasında da digər ölkələrdən futbolçular var. Amma İrlandiya kimi ölkələrdən az oyunçular görürük. Ümumiyyətlə, tamam fərqli futbol sərgiləyirik. Onlar daha çox tipik Britaniya futbolu-atletik oyun oynayırlar. Buna rəğmən düşünürəm ki, “Sabah”ın evdə yaxşı şansları var. “Sent Patriks”i mübarizədən kənarlaşdırmaq olar. Hətta şansıları 60-ın 40-a “Sabah”ın xeyrinə qoyardım. Yəni rəqib keçiləsi komandadır. Bəzən futbol cameəsi, azarkeşlər hesabdan çıxış edərək, fikir bildirirlər. Deyək ki, “Zirə” 1-1 edərək qayıdıb, “Sabah” məğlub olubsa, deməli, şanslı “Zirə”dir, amma rəqibi analiz etmək, durumu təhlil etmək lazımdır. Ona görə də bütün detallar nəzərə alınmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv