Konfrans Liqasında ilk finalçı bəlli oldu

media-hightechnic-468x90

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Belçikanın “Brügge” və İtaliyanın “Fiorentina” klubları qarşılaşıblar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Brüggedəki Yan Breydel stadionundakı matçı türkiyəli referi Halil Meler idarə edib.

Matçın 20-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçiblər. Müdafiəçi Maksim De Kuyper fərqlənib. Lakin qarşılaşmanın sonlarında – 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. “Fiorentina”nı finala çıxaran qola penaltidən Lukas Beltran imza atıb – 1:1 (3:4).

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Fiorentina” 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/2 final mərhələsinin digər görüşündə Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Aston Villa” klubları üz-üzə gələcəklər. İlk oyunda yunan klubu səfərdə rəqibini 2:4 hesabı ilə darmadağın edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05