Konqres Xocalıya aid bəyannamə qəbul etdi

media-hightechnic-468x90

45164Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnsitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış Bəyannamə qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bəyannamədə Avropa parlamentlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğın ən ağır cinayətlərdən biridir: “Bir gecədə şəhərin əksəriyyəti yaşlı, uşaq və qadın olan 613 dinc sakininin vəhşiliklə qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciəsidir”.

Benilüks Azərbaycanlılar Konqresi dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların ədalət məhkəməsinə cağrılmasını tələb edir.

Bəyannamə müəllifləri həmçinin, Avropanın beynəlxalq təşkilatlarını və parlamentariləri öz
nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb.

Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası ve Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatı, “Amnesty İnternational”, “Human Rights Watch” təşkilatlarına, Niderland, Belçika və Lüksemburq parlamentlərinə göndərilib.

Qeyd edək ki, Belçika, Niderland və Lüksemburqdakı 15-ə yaxın Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərinin Avropada yayılması, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırılması və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600