!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus "Apple"da təsir etdi - iPhone 9-un satışları...

!Reklam – Yazi

Çində yayılmağa davam edən koronavirus bir çox texnoloji şirkətlərin işlərinə təsir edib. Apple şirkəti də istisna deyil.

Yenicag.az xəbər verir ki, Apple şirkəti büdcəli iPhone 9-un (iPhone SE 2) satışlarını gecikdirəcək.

Məlumatda qeyd edilib ki, iPhone 9-un mobil bazarda satışa çıxma müddəti dəyişdiriləcək.

Hal hazırda Apple şirkətinin məhsulları üçün komponent istehsalı ilə məşğul olan istehsalçıları öz istehsal güclərinin yalnız 30-40%-ni reallaşdırırlar. Mütəxəssislərin ilkin hesablamalarına əsasən komponentlərin çatışmazlığı səbəbilə iPhone 9 modelinin əvvəlcədən planlaşdırılan 3 aprel satış tarixi baş tutmayacaq.

Məlumata əsasən satışlar 3 may tarixinə keçiriləcək. Hələ dünən bir sıra mənbələr xəbər verdilər ki, Apple şirkəti büdcəli iPhone modelinin təqdimatını 31 mart tarixində keçirdəcək. Gözləntilərə əsasən şirkət təqdimatın tarixini dəyişməyəcək. Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu il Apple 20 milyon ədəd iPhone 9 istehsal edə biləcək. Ən optimistik proqnozlarda isə bu göstərici 30 milyon ədəd smartfondur./Technote/

www.yenicag.az

1163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv