Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirus infeksiyası zamanı həzm sistemi pozğunluqları

Çoxlarınızın bildiyi kimi 2019–cu ilin dekabr ayından etibarən yeni koronavirus infeksiyası olan COVİD-19 bütün dünyada yayılmağa başladı və pandemiya statusu aldı. Çox təəssüf ki, bütün səylərə baxmayaraq pandemiya vəziyyəti hələ də davam edir.

Virus yayılmağa başlayanda hər kəsin diqqəti tənəffüs sistemində baş verən pozğunluqlara, xüsusən də təngnəfəslik, boğulma simptomlarına yönəlmişdi. Buna görə də virusun yalnız tənəffüs yollarını zədələdiyi düşünülürdü. Lakin bu bir il ərzindəki çoxsaylı tədqiqatlar göstərdi ki, əsas simptomlarla yanaşı digər orqan və sistemlərdə, xüsusən də mədə-bağırsaq sistemində pozğunluqlar ola bilir. Bu zaman rast gəlinən əsas simptomlar diareya (ishal), ürəkbulanması, qusmadır. Mədə-bağırsaq sisteminin pozğunluqlarına (xüsüsən də diareyaya) körpə uşaqlarda və 65 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir.

Körpə uşaqlarda virus özünü adi qrip, bağırsaq infeksiyaları şəklində göstərir. Xəstəlik uşaqlarda əsasən yüksək hərarət, halsızlıq, iştahanın itməsi, diareya, qarında ağrılar, qusma ilə özünü göstərir və bəzən həssas şəxlərdə bu simptomlarla bərabər allergik səpgilər də (urtikar) görülür. Bu isə həm valideynlərin, həm də həkimlərin diqqətini yayındıra bilir. Bəzən də qastro-intestinal simptomlara respirator əlamətlərlə birgə rast gəlinir. Çox vaxt valideynlər körpə uşaqda bu şikayətləri uşağın diş çıxarması ilə əlaqələndirir və buna görə də həkimə müraciət etmirlər.

Aparılmış bir neçə tədqiqat nəticəsində məlum olmuşdur ki, bu virus mədə-bağırsaq traktındakı səthi hüceyrələrin üzərindəki AÇF-2 fermentinə məxsus olan reseptorlar vasitəsilə həzm siteminə daxil olur. Mədə-bağırsaq sitemində bu reseptorlara tənəffüs yollarına nisbətən 100 dəfə artıq rast gəlinir.

Amerika qastroenterologiya jurnalının yayımladığı bir məlumata görə, bir tədqiqatda COVİD-19–un yüngül simptomları ilə olan 206 xəstə müayinə edilmişdir. Bu xəstələrdən 48 nəfərində yalnız həzm pozğunluqları, 69 nəfərdə isə həm həzm pozğunluqları, həm də respirator simptomlar olmuşdur. Cəmi bu xəstələrdən 19,4%-də isə xəstəliyin ilk simptomu məhz diareya olmuşdur. Bu kimi nəticələr bir çox tədqiqatlarda da öz əksini tapmışdır.

Buna görə də koronavirusla yoluxmuş şəxslə kontaktda olduqdan sonra sizdə və ya uşağınızda hərarətin yüksəlməsi və yuxarıda sadalanan simptomlardan hansısa olarsa, bunu gözardı etməyin və mütləq koronavirusa görə test etdirin. Əgər test pozitiv çıxarsa, özünüzü təcrid edin, bayıra çıxmayın, işə getməyin və həkiminizin təyinatlarını yerinə yetirin.

Yadınızda saxlayın ki, virusdan qorunmağın ən yaxşı və etibarlı üsulu yenə də sanitariya-gigiyena qaydalarının riayət olunması, sosial məsafənin gözlənilməsidir. Heç bir vitamin, mikroelement, əsassız damardaxili infuziyalar sizi virusdan qoruya bilməz!/Sağlamolun.az/

www.yenicag.az

258
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100