“Biz vizual olaraq, tendensiyanı görsək də, konkret sayı müəyyən edə bilmirik”.
Yenicag.az xəbər verir ki, bu fikirləri son günlər ölkədə koronavirusa yoluxma hallarının artmasının səbəblərindən danışan iqtisadçı Samir Əliyev bildirib.
Samir Əliyevə görə, son günlər yoluxma statistikasındakı artımın əsas səbəbi məhz karantin rejiminin yumşaldılmasıdır:
“Azərbaycanda koronavirusa yoluxma ilə bağlı statistik məlumatlar arasında maraqlı olan göstəricilərdən biri də test olunanlarla yoluxanlar arasındakı korelyasiyadr.
Operativ Qərargah əlbəttə, həm testin ümumi, həm də gündəlik sayı (qrafik olaraq) barədə məlumatları yerləşdirib. Ancaq gündəlik test sayı barədə məlumat “maşın oxuyan” formatda deyil.
Yəni biz vizual olaraq, tendensiyanı görsək də, konkret sayı müəyyən edə bilmirik. Bu isə testin sayı ilə yoluxma sayı arasında əlaqəni tapmağa çətinlik yaradır. Ancaq burada testin sayı da önəmlidir. Yəni test sayında artım olması yoluxma sayına da artırıcı təsir göstərir.
Hər bir halda yoluxma tendensiyası barədə istənilən təhlil vacibdir, Ona görə də təkcə tibbi yox, həmçinin statistik məlumatlar əsasında da rəy yürütmək pis olmazdı”.
Gülşən Şərif
www.yenicag.az