“Qərb İranda “yenidənqurma” görmək istəyir. Lakin əgər bu baş verərsə, nəticə SSRİ-də olduğu kimi olacaq”.
Yenicag.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko özünün “Telegram” səhifəsində yazıb.
O qeyd edib ki, “Qərb qlobalist elitasının hazırkı mərhələdə əsas vəzifəsi İslam İnqilabının əsas dayağı kimi SEPAH-ın nüfuzdan salınması, regionda onun ən parlaq və xarizmatik liderlərinin, təşkilatla əlaqəli şəxslərin fiziki olaraq məhv edilməsidir”.
Onun sözlərinə görə, Qərb İran cəmiyyətində məqsədli təxribatçı işlər görür, eləcə də “demokratikləşmə” proseslərinin başlanmasını istəyir.
“Artıq iranlı Qorbaçov da var – o, sanksiyaların aradan qaldırılması üçün Qərblə dostluq etmək istəyir”, – Korotçenko İran Prezidenti Məsud Pezeşkianı nəzərdə tutaraq yazıb./Oxu.az/
www.yenicag.az