Körpəsini maşında qoyub at sürməyə gedən qadın həbs edildi

media-hightechnic-468x90

ABŞ-də istidə körpəsini avtomobildə bağlı qapılar arxasında qoyan və at minməyə gedən qadın həbs edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı Kara Duqan ticarət mərkəzində həbs edilib. Təsadüfən bir kişi onun avtomobilinin yanından keçərkən orada bir uşağın ağladığını eşidib və polisə xəbər verib. Hadisə yerinə gələn polis maşını açıb və körpəni çıxarıb. Məmurlar avtomobilin günəş altında park edildiyini və çöldəki temperaturun 30 dərəcədən yuxarı olduğunu bildiriblər.

Kara məmurlara atını ticarət mərkəzinin yaxınlığında sürməyi planlaşdırdığını deyib. Duqan tutulub və üç aylıq körpə müayinə üçün xəstəxanaya aparılıb, onun üzərində heç bir xəsarət aşkar edilməyib./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600