Kral ailəsi 4 günlük səfərdə
İngilis kral ailəsinin ən sevimli üzvləri olan Şahzadə Uilliam və Keyt Middlton, ABŞ macərasına xeyriyyə yeməyə qoşulmaqla başlayıb.
Ötənaxşam mətbuata bağlı olaraq təşkil edilən yeməyə, kral cütlüyü ilə yanaşı 15 zəngin ailənin nümayəndəsi qatılıb.
İştirakçıların Kral Vəqfinə ayrı-ayrı 50 min dollar ödəniş ödəyərək Uilliam və Keytlə eyni masaya oturduğu deyilib.
Dörd günlük səfər müddətində Şahzadə və Düşes, ABŞ prezidenti Barak Obamanın da aralarında olduğu bir çox əhəmiyyətli adla görüşəcək.
(xezerxeber.com)