Kredit alan sahibkarlar tutuldu, bəs onlara bu krediti verənlər?…

media-hightechnic-468x90

yenicag_BANK_CANAHGİR_ELMANƏliməmməd Nuriyev: “Sübut olunsa ki….”

 Son günlər bank kreditlərinə görə, yəni bu kreditləri geri ödəmədikləri üşün Azərbaycanda bir çox sahibkarlar həbs edilib. Aydın məsələdir ki, həbs olunan bu sahibkarlara kreditlər banklar tərəfindən verilib. Banklar isə adətən verdikləri kreditin hara xərcləndiyi, vaxtında qaytarılıb-qaytarılmadığı kimi məqamlara nəzarət də etməlidir. İndi görürük ki, kreditləri geri ödəməyən bəzi iş adamları dəmir barmaqlıqlar arasına atılır.  Bəs bu halda həmin krediti verənlər də məsuliyyətə cəlb olunmalıdırlarmı?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, baş verən prosesdə bankın rəhbər strukturlarının da günahı varsa, onlar da məsuliyyətə cəlb olunmalıdırlar: “Kredit müqaviləsi sırf mülkü instituta aid müqavilədir. Burada tərəflərin müqavilə azadlığı prinsipi var. Burada da bir tərəfdə kredit verən təşkilat, digər tərəfdə də kredit alan şəxslər iştirak edir. Bu baxımdan, sübut olunsa ki, bankların vəzifəli şəxsləri tərəfindən  kreditlərin verilməsi zamanı şərtlərə uyğun olaraq müvafiq yoxlamalar aparılmayıb, kredit alanın maliyyə imkanı öyrənilməyib, sadəcə olaraq dostluq, qohumluq, yaxınlıq şərtləri əsas götürülüb, korrupsiya sövdələşmələri baş veribsə, burada artıq hər iki tərəfin məsuliyyət məsələsi meydana çıxır. Amma qanunvericilik və bankın müəyyənləşdirdiyi şərtlərə uyğun olaraq kredit verilibsə, lakin geri qaytarılma müddəti çatanda, vəsait ödənilməyibsə, burada bankın hər hansı bir məsuliyyətindən söhbət gedə bilməz. Burada ancaq kredit alan şəxsin məsuliyyətindən söhbət gedir. Borclu alınan kreditdən şəxsi məqsədlər üçün istifadə edib və yaxud yeni, başqa istiqamətlərə xərcləyibsə, bu məsələlər də aydınlaşdırılmalıdır. Ümumiyyətlə, qaydalara görə kredit alan şəxs bütün hallarda onu ödəməlidir. Bu bankın mülkiyyətidir. Xüsusən də dövlətin müəyyənləşdirdiyi güzəştli şərtlərlə kredit alınıbsa, onda kredit alanın ikiqat məsuliyyəti meydana çıxır. Bütün hallarda məsuliyyət ilk  növbədə borclunun üzərinə düşür. Amma kredit verən təşkilatda bununla bağlı monitorinqlər aparmalı idi. Monitorinqlər aparmaq yolu ilə banklar kreditin vaxtında qaytarılmadığı, lazımı istiqamətə yönəldilmədiyini müşahidə etməklə, kredit verilişini dayandırmaqla bağlı qərar da qəbul edə bilərdi. Müqavilə şərtlərində bunlar vardır. Kredit alan şəxslərə dövlət böyük etimad göstərib. Bu adamların həm də sosial məsuliyyəti vardır. Onlar düşünməli idilər ki, kreditlər büdcədən ayrılan vəsaitlər hesabına verilib. Eyni zamanda, təqsirsizlik prizmasından çıxış edərək prosesdə adı hallanan şəxsləri bəri başdan hansısa bir cinayətdə suçlamaq fikrində də deyiləm. Məsələ ilə hüquq mühafizə orqanları məşğul olur. Amma hər halda bəzi məlumatlar göstərir ki, açıq-aşkar böyük miqdarda mənimsəmə halları baş verib, şəxsi maraqlar üçün sui-istifadə halları olub.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600