Kreml Mayamidə ABŞ-la danışıqları müsbət qiymətləndirib

media-hightechnic-468x90

 

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ötən həftə sonu Mayamidə amerikalı həmkarları ilə danışıqları müsbət və konstruktiv olub.

Yenicag.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Mayami görüşünün təfərrüatlarını açıqlamayıb.

“Burada heç bir detal olmayacaq. Qiymətləndirmələri eşitdiniz. Onlar ümumilikdə hər iki tərəfdən konseptual olub, həm Dmitriyev, həm də Uitkoffun qiymətləndirmələri. Bunlar kifayət qədər müsbət və konstruktiv danışıqlar olub”, – Kremlin sözçüsü vurğulayıb. APA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa