Kreml Xameneinin Moskvada müalicə olunması barədə xəbərlərə münasibət bildirməyib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə İranın yeni lideri ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi barədə xəbərlərə münasibət bildirmək istəməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik”, – Peskov müvafiq cavabında bildirib.
Qeyd edək ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.













