!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin "Əlifba həmləsi": "Rusiya mövqelərini bərpa etməyə çalışır" - Vurğun Əyyub

!Reklam – Yazi

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb. Nazir “Rus dünyası və rus dili: tarixi kölələr və inkişaf istiqamətləri” adlı Forumdakı çıxışı zamanı bu haqda danışıb:

“Biz bütün MDB məkanında vahid əlifbaya – kiril əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kiril əlifbasına sadiqlik barədə danışırlar”.

Keçmiş TQDK-nın sabiq sədri Vurğun Əyyub Yenicag.az-a açıqlamasında Rusiyalı nazirin sözügedən istəyinin Kremlin siyasi maraqlarından qaynaqlandığını diqqətə çatdırdı:

“Rusiyalı nazirin MDB ölkələrini kiril əlifbasına keçməyə çağırmasında əslində, heç bir elmi əsaslandırma yoxdur. Onun bu fikirləri sırf siyasi məqsədlərlə söylənilib. Aydındır ki, Rusiya itirdiyi mövqelərini bərpa etməyə çalışır. Hər halda nazir belə bir fikir söyləyirsə, onun elmi əsaslandırmasını da göstərməli idi. İkinci bir tərəfdən, Rusiyalı nazirin həmin istəyinin reallaşması qeyri-mümkündür. MDB məkanında olan xalqların hamısı eyni dil qrupuna aid deyillər. Burada müxtəlif dil qrupuna aid xalqlar yaşayır. Onların da dilində müxtəlif səslər var. Həmin səsləri vahid əlifba ilə necə əks etdirə biləcəkləri çox şübhəlidir. Hətta bizə yaxın olan Türkiyə türkcəsindən əlifbamızı eyniləşdirə bilməmişik. Ortaya xeyli problemlər çıxıb. MDB məkanında vahid kiril əlifbasına keçidi ümumiyyətlə, doğru hesab etmirəm. Azərbaycan latın qrafikasına keçib və geriyə dönməməliyik. Əslində, biz türkdilli xalqların vahid əlifbasının yaranması üzərində çalışmalıyıq ki, elmi, bədii, publisistik yazılarımız, pedaqoji dərsliklərimiz çap olunaraq, böyük bir türk dünyasını əhatə etsin”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv