Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu

media-hightechnic-468x90

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Yenicag.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib.

Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.

Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600