Külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısını alıb-Foto

media-hightechnic-468x90

a60c4f749599343ce6f657bff02cd108Cinayətkar dəstənin bir üzvü xəsarət alıb, digərləri hadisə yerindən qaçıblar

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə 17 aprel 2015-ci il tarixində, səhər saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 1 kq 920 qram heroinin və 3 kq 260 qram marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

17 aprel 2015-ci il tarixdə saat 02:00 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları Məsrufi Xeyrulla Məhəmməd oğlu və Mahmudi Əsgər Yadulla oğlu külli miqdarda narkotik maddə olan 710 qram marixuananı, 1 kq 990 qram tiryəki və 1 kq 10 qram həşişi Azərbaycan Respublikası ərazisinə keçirərkən yaxalanıblar. Sərhəd pozucularının üzərinə baxış keçirərkən 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb.

Həmçinin DSX-nın hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada həyata keçirilən rejim tədbirləri çərçivəsində 19 aprel 2015-ci il tarixdə Cəlilabad rayonunun Dələli kəndinin ərazisində 1 ədəd bağlamada külli miqdarda narkotik maddə olan 1 kq marixuana, 1 kq 500 qram tiryək və 1105 ədəd dərman preparatları aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupların digər üzvləri İmişli rayon Bəhrəmtəpə kənd sakini Abdullayev Bakir Həsən oğlu, Masallı rayon sakinləri Mansurov Vüqar Tapdıq oğlu və Əliyev Murad Hacıəli oğlu müəyyənləşdirilərək istintaqa cəlb olunub.

Qeyd olunan faktlarla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlayıb. Saxlanmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0e9a0df1aec235ee124f3572e846c9d6 4c047c5fbdce8d59c65fc16e1c7dbcce 5df1bae8dff0ccb846c840fcdd1486b7 0794a8caaa7f0fbb1f8b740c22f835bd 544438357d9a74134752fb284d66bdfe 7960952998c01e557cf4654fec08c16c c05a11ca195e4128a405b87784f0d39c e95b216866d3abd7ee2c5ace277ea57e

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600