Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. İmişli rayon sakinləri – 1997-ci il təvəllüdlü Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.
Bundan başqa, İmişli rayon sakinləri – 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az