Kürdəmirdə yağış və selin fəsadları olduğu kimi qalır - VİDEO

media-hightechnic-468x90

Küçələrdə, evlərdə, həyətyanı sahələrdə, hətta zirzəmirlərdə də yağış suları var.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Kürdəmirdə yağışın fəsadları hələ də qalmaqdadır.

Sakinlərin sözlərinə görə, küçə və həyətlərə yağış sularının dolma səbəblərindən biri də kanalizasiya xəttinin olmamasıdır.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən “Xəzər xəbər”ə bildirildi ki, şəhərin Tural Qurbanov küçəsi 2018-ci ildə asfaltanıb.

Son illərdə həmin küçədə dəmir yolu xətti boyunca yeni fərdi yaşayış evləri tikilib, dalanlar yaranıb. “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən 2011-ci ildə Kürdəmir şəhərinin və bitişik ərazilərin kanalizasiya xətlərinin çəkilişinə başlanılıb. Lakin işlər 2014-cü ildə yarımçıq saxlanıb.  Buna görə də intensiv yağış yağdıqda şəhərin bəzi küçələrində olduğu kimi Tural Qurbanov küçəsinin də bir çox hissəsində su yığılaraq qalır.

“Azərsu” ASC-dən isə bildirildi ki, Kürdəmir şəhərində mərkəzləşdirilmiş su infrastrukturu layihəsi icra olunaraq tamamlanıb. Şəhərin kanalizasiya şəbəkəsinin layihəsi də hazırlanıb və gələcəkdə icra ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600