Kürdlər Kobanini tam nəzarət götürüb
Amerikalı hərbçilərin məlumatına görə, İŞİD terror qruplaşmasının silahlıları tərəfindən zəbt olunan Suriyanın Kobani şəhəri kürd silahlı dəstələrinin tam nəzarətinə keçib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ ordusunun generalı Ceyms Terri bildirib.
Onun sözlərinə görə, kürd silahlı dəstələri şəhəri amerikalıların endirdiyi hava zərbələrinin köməyi ilə azad etməyə müvəffəq olublar.
Mətbuatda son günlər Kobaninin kürd silahlıları tərəfindən azad olunması barədə məlumatların yayılmasına baxmayaraq ABŞ bu məlumatı bu günədək təsdiqləmirdi və şəhər uğrunda hələ də döyüşlərin davam etdiyini bildirirdi.