!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kursk əməliyyatından ABŞ-nin xəbəri olmayıb? – “Ruslar yenidən hücuma başlayacaq”

!Reklam – Yazi

“Ukraynanın Kurska hücumu ilə bağlı ilk vaxtlar ABŞ-nin informasiyası yox idi”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də prezident seçkiləri öncəsi Yaxın Şərq və Ukraynadakı vəziyyətin necə dəyişəcəyindən danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, əslinə qalsa Ukraynanın Kursk hücumu ABŞ-də keçiriləcək prezident seçkiləri ilə müəyyən mənada əlaqəlidir.
“Co Baydenin seçkiyə getməməsi fonunda Ukrayna prezidenti Volodimir Zelenski danışıqlarda, yaxud münaqişənin gələcək mərhələsində əlinin zəif olduğunu başa düşür.

Düşünür ki, Donald Tramp hakimiyyətə gəldiyi təqdirdə, Baydendən fərqli olaraq, Ukraynaya dəstək verməyəcək. Nəticədə isə Rusiya qarşısında tək qalacaq. Bu səbəbdən Bayden olsa da, olmasa da, gələcək danışıqlarda Ukrayna prezidenti əlində “kozır” saxlamaq istəyir.
Ukraynanın Kurska hücumu ilə bağlı ilk vaxtlar ABŞ-nin informasiyası yox idi. Bu isə deməyə əsas verir ki, Zelenski hücumu NATO generalları ilə məsləhətləşib. Lakin Kurs əməliyyatı tamamilə ciddi stratejik səhvdir.

Əldə olunan nailiyyət nisbi xarakter daşıyır. Yaxın vaxtlarda bu nailiyyət aradan qalxacaq. Rusiya alov halqası əməliyyatından (Kursku mühasirəyə alaraq, Ukrayna ordusunu zərərsizləşdirəcək – T.R) istifadə edərək, yenidən hücumlara başlayacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv