Türkiyədə Murat Tokmak adlı şəxs “Milli Piyango”dan 15 milyon lirə udub.
Yenicag.az xəbər verir ki, aptekdə kuryer kimi çalışan Murat, qazandığı mükafatdan sonra işə getməyib.
Maraqlıdır ki, Antalya sakini lotereyanın oynandığı gün növbədə olub. Onun aylıq maaşı 1800 TL təşkil edib.
Qeyd edək ki, Murat Tokmak ona milyonlar qazandıran lotereyanı Yeni ildən bir neçə gün öncə alıb.