Kütləvi həbslər başlayıb
Ermənistanda Əmək və Sosial Müdafiə Dövlət Xidməti idarəsinin keçmiş rəhbəri Vazgen Xaçikyan azadlıqdan məhrum edilib.
Dövlət vəsaitini mənimsədiyinə görə Vazgen 12 il azadlıqdan məhrum edilib.
Məhkəmədə Xaçikyan özünü təqsirli bilməyib.
Dövlət Sosial Təminat Xidmətində cinayətin üstü Ermənistan Nəzarət palatası tərəfindən aparılan audit zamanı aşkar edilib. Məlum olub ki, ölülərin adına pensiya yazılıb. Prokurorluğun məlumatına görə, vəzifəli şəxslər saxta sənədlərdən istifadə edərək böyük məbləğdə mənimsəmə ediblər. Yeyintinin ümumi həcmi 113 milyon dram təşkil edib.
Təqsirləndirilən şəxs qismində bu işdə daha 12 nəfər ittiham olunub.
(anspress.com)