Laçın və Ordubadda qarın hündürlüyü 30 santimetrə çatdı - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb.

media-banner_tkm

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qar örtüyünün hündürlüyü Laçında, Ordubadda 30 sm, Şəkidə 12 sm, Şahbuz, Lerik, Qrız, Gədəbəydə 8 sm, Sədərəkdə 7 sm, Altıağac, Naxçıvanda 5 sm, Şərurda 4 sm, Xaltanda 3 sm, Yardımlı, Qobustanda 2 sm olub.

Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Cəlilabad, Qobustanda 4 mm, Altıağac, Naxçıvan, Sabirabad, Neftçala, Yardımlı, Şahbuz, Şərur, Ordubad, Sədərək, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Şabran, Beyləqan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Şuşa, Laçın, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Şəki, Şamaxı, Quba, Zaqatala, Xaltan, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Tərtərdə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta qeydə alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05