Lalə Məmmədova: “'Mən-mən" deyən insanların yarımçıqlıq kompleksi var"

media-hightechnic-468x90

“Hər yerdə birinci mən olmalıyam”, “mən-mən” deyən insanların daxilində yarımçıqlıq kompleksi var”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Lalə Məmmədova “Gün ortası” verilişində deyib.

Sənətçi əsl istedad sahiblərinin xarakterik xüsusiyyətlərindən bəhs edərək bildirib ki, belə insanlar adətən iddiadan uzaq olurlar:

“Həmişə şahidi olmuşam ki, əsl istedadlar heç vaxt həddindən artıq iddialı olmurlar. Onlar daxilən çox rahatdırlar və “mən ondan yaxşıyam” deyərək heç kimlə rəqabətə girmirlər. Əksinə, fikir vermişəm ki, hər yerdə birinci olmağa çalışan, daim özünü ön plana çəkən insanların yarımçıqlıq kompleksləri var.

İstedad iki cür olur: biri var Allah vergisi olan təbii istedad, biri də var insanların süni şəkildə “qəhrəman” etdikləri “istedadlar”. Amma əsl istedad heç vaxt itib-batmır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05