Lavaşın türklərin olduğu rəsmiləşdi-Video

media-hightechnic-468x90

lavassh_h-300x200

Lavaş dörd ölkənin mədəni mirası kimi UNESCO-nun siyahısına salınacaq.

TRT1 kanalının hazırladığı video süjetdə bildirilir ki, bir müddət əvvəl lavaş Ermənistanın təqdim etdiyi “Lavaş: hazırlanması, mahiyyəti və Ermənistanda ənənəvi çörəyin mədəni təzahürləri” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Türkiyə və Azərbaycanın buna etirazından sonra lavaşın adı dəyişdirilərək “İncə çörək” adı ilə siyahıda saxlanılıb.

UNESCO-nun Türkiyə Milli Komissiyasının Qeyri-Maddi Mədəni İrs Komitəsi sədrinin katibi Metin Ekici kanala deyib ki, hazırda Türkiyə bunun üçün Azərbaycan, Qırğızıstan və Qazaxıstanla birləşərək lavaşı bu ölkələrin birgə mətbəx irsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil etməyə hazırlaşır(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600