Lavrov və Kerri arasında 3 saatlıq görüş

media-hightechnic-468x90

1f5f868562e9d3b644592ed9215e4c63Parisdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar keçirilib. ABŞ səfirinin iqamətgahında təşkil olunmuş görüş 3 saatadək davam edib. Lavrov və Kerri arasında görüş təkbətək söhbətlə yekunlaşıb. Nümayəndə heyətlərinin görüşündən əvvəl də Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında iqamətgahın həyətində təkbətək söhbət olub.

Danışıqların yekunlarına dair Con Kerri qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Donetsk və Luqanskda referendumun nəticələrini tanımayacaq.

“Donetsk və Luqanskda müstəqillik haqqında referendum keçirmək cəhdləri Minsk sazişinin pozulması kimi qiymətləndirilir və onun nəticələrini nə Ukrayna hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət tanımayacaq”, deyə Kerri bildirib.

Kerri həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında “İŞİD” terror qruplaşması ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600