Lənkəran rayonunda qadın və onun qızı döyülüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.
Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib. Lakin anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, onları döyən şəxsin kimliyi bilinmir. Onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər ananın da vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır. Hələ ki, saxlanılan yoxdur.
www.yenicag.az