!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranskinin öldürülməsi dəqiqləşdi – Canıyev necə Əliyev olub?

!Reklam – Yazi

411dsdsdBu gün Türkiyədə qətlə yetirilməsi xəbəri yayılan məşhur “qanuni oğru” Rövşən Lənkəranski barədə bir-birini təkzib edən informasiyalar yayılır.

Bəzi media orqanları dünən axşam güllələnən şəxsin əslində Lənkəranski olmadığını bildirirlər. Bu iddia ilə çıxış edənlər Türkiyə mediasında qətlə yetirilən şəxsin Əliyev soyadlı olduğuna əsaslanırlar. Bilidirlir ki, Lənkəranski ləqəbi ilə tanınan Rövşənin soyadı Əliyev deyil, Caniyevdir.

AzNews.az-a daxil olan məlumata görə Lənkəranskinin Əliyev kimi göstərildiyi pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi.

Həmin il Azərbaycana doğum gününü qeyd etməyə gələn Lənkəranski «Milyonerlər məhlləsi» kimi tanınan («Gənclik» metrostansiyasının yaxınlığı-red) ərazisindəki evində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ələ keçirilmişdi.

Məlum olmuşdu ki, Canıyev Hava limanından saxta pasport vasitəsiylə keçib. O da aşkarlanmışdı ki, həmin pasportda Rövşənin soyadı Əliyev göstərilib.

Görünür, dünən gecə baş verən hadisə vaxtı Türkiyə hüquq-mühafizə orqanlarının aşkarladığı sənəd elə həmin pasport olub.

Bu arada Canıyevin qətlə yetirilməsi ona yaxın olan şəxslər tərəfindən AzNews.az-a təsdiqlənib.

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv