!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lerik meşəsində asılan şəxsin kimliyi bəlli oldu

!Reklam – Yazi

Lerikdə meşə ərazisində asılmış halda tapılan şəxsin kimliyi məlum olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs rayonun Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü Tofİq Hüseyn oğlu İsayevdir.

Məlumata görə, T. İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə gəlib. Mərhum ailəli olub, 2 oğlu və 1 qızı var. Hadisənin hansı şəraitdə baş verməsi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, T. İsayevin ağacdan asılmış meyiti ötən gün kənd sakinləri tərəfindən meşə ərazisində aşkar olunub. Onlar aidiyyəti üzrə məlumat verdikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

COP29

www.yenicag.az

1906
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv