!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib - FOTO

!Reklam – Yazi

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin fevralın 15-də açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.

Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı itlərin saxlanması şəraitinə baxdı. Bildirildi ki, burada itlərin saxlanılması üçün xüsusi yerlər – volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılacaqlar. “Toplan” mərkəzinin baytar bloku müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib.

Sonra “Toplan” mərkəzinin növbəti hissəsinin təməli qoyuldu.

Bildirildi ki, sonrakı mərhələdə bir neçə təsərrüfat binası və 80-ə yaxın itin saxlanılması üçün xüsusi yer – volyer və karantin-reabilitasiya qəfəsləri yaradılacaq.

Qeyd edək ki, 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır. Həmçinin layihə barədə mərkəzin internet saytı, sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat əldə etmək mümkündür.

COP29

www.yenicag.az

1505
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv