Leyla Əliyeva Gəncədə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu gün Gəncədə olub.
L. Əliyeva Heydər Əliyev mərkəzində “Qız Qalası” Beynəlxalq Festivalın iştirakçılarının hazırladıqları maketlərin sərgisi ilə tanış olub, habelə IDEA İctimai Birliyinin Resurs Mərkəzinin açılışında iştirak edib.
L. Əliyeva həmçinin xalça dərnəyinə baş çəkib və orada toxunan xalçalarla tanış olub. L. Əliyevaya dərnək adından xalça hədiyyə olunub.
Sonra L. Əliyeva Ümumrespublika Yaşıllaşdırma marafonu çərçivəsində Heydər Əliyev park kompleksində çinar və şam ağacları əkib, parkla tanış olub.
Daha sonra L. Əliyeva Göygölə gedib.
(apa.az)