Leyla Əliyeva xeyriyyə tədbiri keçirdi

media-hightechnic-468x90

image3Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.

Heydər Əliyev Fondunun nümayəndələri Rusiya Müftilər Şurasının sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin və “İhlas” Fondunun təmsilçiləri ilə birlikdə aztəminatlı ailələrə, o cümlədən azərbaycanlı ailələrə, habelə imkansız insanlara qurban əti paylayıblar.

Qurban sovqatı alanlar diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, humanizm və mərhəmət aktı, yaxınlara qayğı kimi qəbul edilən bu xeyriyyə aksiyası yüksək mənəvi ideallara ən gözəl örnəkdir və bizim mənəvi əlaqələrimizi möhkəmləndirir. (Trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600