Leyla Əliyeva yeni şeirini təqdim etdi 

media-hightechnic-468x90

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb.

media-banner_tkm

Yenicag.az həmin paylaşımı təqdim edir:

İstəyin nə qədər güclü də olsa,
Uzatma əlini o çiçəyə sən.
Qazandım dediyin hər nəyin varsa,
Özün öz əlinlə məhv edəcəksən!

Qoparma, izin ver, qoy o yaşasın,
Sehrli gözəllik ruhu oxşasın.
Əlçatmaz olanda könül sevdası,
Qəlbində əbədi arzutək qalsın.

Açıq, təmənnasız, tərtəmiz yenə,
Ruhun pıçıldayır sirrini mənə.
Onunla tək qalmaq bir səadətdir,
Yalana bürünməz bir həqiqətdir.

Elə rahatam ki, qoynunda sənin…
Həsrətin qəlbimə çökdüyü zaman
Yuxusuz gecəyə nəfəs verirəm,
Başqa birisini arzulamadan!

Qıyma bu çiçəyə, toxunma ona,
Belə kövrəkliyi mən də bilmirdim.
Qoy bu sətirlərdən süzülsün zaman,
Sevgidir sirr kimi əbədi qalan!

Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05