Makronun yerdə qoyub göydə axtardığı SAVAŞ: "Bu, populist bəyanatdır"

media-hightechnic-468x90

“Birinci kosmosda insanın yaşamasından, sonra orada müharibədən danışsınlar”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Fransa Prezidenti Emmanuel Makronun kosmosun artıq sığınacaq deyil, döyüş meydanına çevrildiyi barədə bəyanatına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Fransa liderinin müharibələr və Rusiya–Ukrayna münaqişəsi ilə bağlı bir çox təklifləri olub:

“Məsələn, vaxtilə Rusiya–Ukrayna müharibəsi ilə bağlı NATO ölkələrinin, eləcə də Fransa, Almaniya və digər dövlətlərin hərbi kontingentlərini müharibə zonasına göndərməyi təklif etmişdi. Lakin həmin təklif reallaşmadı, söz səviyyəsində qaldı.

İndi isə gələcəkdə kosmosda baş verə biləcək müharibələrdən danışır. Yer üzündə müharibələr o qədər çoxdur və onların qarşısını almaq o qədər məhduddur ki, heç kosmosa çıxmağa ehtiyac qalmayıb. Nə vaxt Yer üzündə müharibəsiz zona formalaşsa, o zaman kosmosdan danışmağın, bəlkə, mənası olar.

Kosmosun araşdırılması istiqamətində çox böyük işlər görülüb. Xüsusilə NASA-nın bu sahədəki fəaliyyəti kifayət qədər böyükdür. Digər planetlər, xüsusilə Marsın öyrənilməsi, orada yaşamın mümkün olub-olmaması ilə bağlı cavabı elm hələ də verə bilmir.

Belə olan vəziyyətdə birinci kosmosda insanın yaşamasından, sonra orada müharibədən danışsınlar. Bu, populist bəyanatdır və özünə diqqət cəlb etməkdən başqa bir şey deyil”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa