Maliyyə nöqsanları aşkarlanan dövlət qurumlarının siyahısını açıqlanıb

media-hightechnic-468x90

ebc4d3a6e09e1a30bc31f232a03ed9bbAzərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.

Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirliklərində, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.

Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.
Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600