Manaf məşhur SƏNƏTKARDAN DANIŞDI: “Bir kəlməsi ilə...”
“Şou-biznes yiyəsiz qalıb. Sənətçini sayan var?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Günə uğurla” verilişində deyib.
O, şou aləmin yiyəsiz qaldığını, bu cameədə dostluqların saxta olduğunu təəssüf hissi ilə bildirib:
“Əvvəl 40 il dostluq edən insanlar var idi. Sənət cameəsində indi dostluq yoxdur. Bir də görürsən, birləşdilər, altı aydan sonra ayrıdılar. Ayrılan kimi də bütün paxırlarını açırlar, aləm dəyir bir-birinə. Çünki şou-biznes yiyəsiz qalıb, uşaq-muşaq əlindədir. Təsəvvür edin, kimsə kiminsə uşağı ilə dalaşanda, kimsə kimisə maşınla vuranda o qapıya Məmmədbağır Bağırzadəni götürüb gedərdilər, mümkün deyildi, o iş həll olunmasın. Deyirdilər, qapımıza belə kişilər gəlib. İndi sənətçini sayan var? Elə kişilər olub e… Bunları görüb gəlmişəm. İndi baxırsan oxumaq qalıb qıraqda, heç kimə lazım deyil, ancaq danışıqları ortaya çıxarırlar. Günah da aparıcılardadır. Vurdururlar insanları bir-birinə, dava salırlar”.
Nehru












