Manatın bu günə olan məzənnəsi

newsmlmmd.8335d50dced0f2025e4cd0b6ecbdcd75.1210_us-dollar-bills-exchange-hands-at-a-local-bank-in-bBu gün oktyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 23-ü ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0490 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0078 manat və ya 0,67% azalaraq 1,1577 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,59% artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb(APA).