!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marsda yaşayış bazasının yaradılması üçün 1000 “Starship” və 20 il vaxt lazımdır

!Reklam – Yazi

“Mars planetində yaşayış bazasının yaradılması üçün 1000-ə yaxın Starship kosmik gəmisi lazımdır”.

Yenicag.az xəbər verir ki, bu barədə SpaceX şirkətinin CEO-su Elon Mask öz “Twitter” hesabında qeyd edib.

O bildirib ki, bazasının infrastrukturunun inkişafına isə 20 il vaxt lazım olacaq: “Marsda yaşayış bazasının yaradılması üçün qırmızı planetə milyonlarla ton təchizat və resurs göndərmək lazımdır. Lakin nəzərə alsaq ki, Yer kürəsi ilə Mars yalnız 2 ildən bir bir dəfə bir-birinə yaxın məsafədə olurlar, mütəmadi uçuş missiyalarını reallaşdırmaq mümkün olmayacaq.

Starship raketi üzərində işlər hələ sonlandırılmayıb. Mask sözügedən raketi hələ sentyabr ayında təqdim etmişdi. Onun hesablamalarına əsasən daxilində astronavtların yerləşəcəyi Starship raketinin Yer kürəsinin orbitinə ilk uçuşu 2020-ci ilin ortasında reallaşdırıla bilər. Musk ümid edir ki, Marsda yaşayış bazasının inşa edilməsinə yaxın Mars palentinə Starship raketinin hər bir uçuş missiyası 2 milyon dollardan baha olmayacaq. Qeyd etmək lazımdır ki, Starship maksimal sayda təkrar istifadə üçün nəzərdə tutulub və sutkada 3 dəfə kosmosa uça bilər. Həmin uçuşlar arasında isə raketin yanacaq ehtiyatının doldurulması və xidmətinə qısa fasilələr veriləcək.

Mask ümid edir ki, bu üsulla bir ədəd Starship raketi il ərzində 1000-ə yaxın uçuş reallaşdıra bilər. “Əgər biz, bizdə olan Falcon 9 sayı (100 ədəd) qədər Starship raketinə sahib olsaq və hər bir raket Yer kürəsinin orbitinə 100 ton yük daşıya bilsə, deməli hər il orbitə çatdırılacaq yük qabiliyyəti 10 milyon ton təşkil edəcək” – deyə Musk qeyd edib. Onun hesablamalarına əsasən hal hazırda mövcud olan kosmik aparatlar Yer kürəsinin orbitinə hər il 500 ton yük daşıma potensialına sahibdirlər. Onu da qeyd etmək lazımdır ki, Marsda insan koloniyasının yaradılması üçün ilk növbədə ən azından Marsa bir dəfə idarə olunan uçuşu reallaşdırmaq lazımdır. SpaceX şirkəti isə ilk yük aparatının 2022-ci ildə Marsa göndərməyi planlaşdırır.

www.yenicag.az

2401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv