Marşrut avtobuslarında hansı mahnılar səsləndirilsin? – Sorğu

media-hightechnic-468x90

4e4624Hər gün istifadə etdiyimiz ictimai nəqliyyatda, daha dəqiq desək marşrut avtobuslarında, tez-tez bayağı mahnıların,  müxtəlif musiqi parçalarının səsləndirildiyini görürük. Çox zaman sürücülər bu cür mahnıları  səsləndirərkən, sərnişinləri nəzərə almırlar. Sanki, bu mahnı yalnız onun üçün oxunur. Üstəlik də yüksəs səs insanların əsəblərinin daha da tarıma çəkir. Dəfələrlə, sərnişinlərin haqlı etirazını görsək də, bunun bir faydası olmur.  Aidiyyatı qurumlar isə məsələyə biganə qalır. Ümumiyyətlə, bir çıxış yolu kimi avtobuslarda zövqə uyğun, müasir mahnıların səsləndirilməsini göstərmək olar. Elə bu səbəbdən də Yenicag.az olaraq sosial şəbəkədə kiçik sorğu keçirdik. Olduqca maraqlı cavablar aldıq. Sorğunu sizlərə təqdim edirik.

Marşrut avtobuslarında hansı mahnıların səsləndirilməsini istərdiniz?

 

Çingiz Səfərli: “Baloğlan Əşrəfovun mahnısını “ Ay uçan quşlar”-ın oxunmasını çox istərdim.

Əsmər Qabil: Zövqlər müxtəlifdir.Amma ən azından indiki kimi mənasız mahnılar səslənməməlidir. Təbii ki, bəlli bayağı  mahnıları nəzərdə tuturam. Bundan əlavə,  klassik,lirik,türk  estrda  mahnıları olsa, normal  olar.

Nüsrət Zeynalov: “Səslənən mahnı avtobusdakı insanların hamısının xoşuna gəlməyə bilər.Burda zövqlər müxtəlifdir.Sürücünün isə öz zövqünə uyğun mahnı səsləndirməsi də yaxşı deyil məncə.Avtobuslarda sadəcə radio fm-lər səsləndirilməsi daha yaxşı olar”

Almaz Akif: “ Ümumiyyətlə avtobuslarda mahnı səslənməsin. Çünki zövqlər müxtəlifdir”.

Əhməd Həmidli: “İndiyə qədər 42  semestr imtahanına girmişəm  hələ belə sual görməmişdim. Afriyaka aid olan, mahnılar olsa yaxşı olar”

Samir İsayev: “ Avtobusda mahnı səsləndirilməsinə qarşıyam  ümumiyyətlə”

Maral Tahirqızı: “İstərdim Cahangir Cahangirovun “Leylam” mahnısı və Ələkbər Tağıyevin “Bülbül” bəstəsi, avtobuslarda  olsun. Daha sonra “Aman neylərəm” adlı mahnı da olsaydı xoş olardı”

Şahin Ayvazov: “Azəri jazz, folk və klassik estradamızdan musiqiləri olsa daha gözəl olar”

Gülşən Yaqublu: “Fikrimcə, mahnı olmasın.Yalnız radioya qulaq asaq”.

 

Kamran ƏDALƏTOĞLU/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600