Masallıda qəza: Ölən və xəsarət alanlar var

media-hightechnic-468x90

Masallıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi “VAZ 21011” markalı və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa