!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Maşın"da nələr yaşanır? - Heç kim çıxarılmadı, bir nəfər də azaldı

!Reklam – Yazi

“Maşın”da növbəti günə yekun vurulub.

Yenicag.az xəbər verir ki, səsverməyə çıxarılan və verilişin sonuna kimi hədəfini açıqlamayan Xalq artisti Fatma Mahmudovanı tribunaya dəvət edən aparıcı Murad Dadaşov səsverməyə “stop” deyərək, günün yekununu açıqlayıb.

Aktrisa 72,09% səs toplayaraq, şouda qalıb. Bu məqamda isə Ayan Babakişiyeva əlini avtomobildən götürərək, oyundan çıxıb.

Ayan bu addımını belə şərh edib:

“Fatma xanım, çox qərarsız idiniz. Bu, bir mübarizədir. Hər kəs oyunçudu, kim istəsə qala və ya gedə bilər”.

Fatma Mahmudova isə oyunda yaşananları bu cür dəyərləndirib:

“Fikirləşdim ki, kişilər şou başlayan kimi bir-bir oyundan çıxdılar. Oğlanlar çıxdıqca oyunun duzu, ləzzəti qalmayacaq. Ona görə qadınlardan birini çıxarmaq qərarına gəlmişdim. Özümü hazırda çox pis hiss edirəm. Ayanın oyundan çıxması mənə pis təsir etdi. Onun qalmasını istəyirdim. Ayan bu gecə kiminsə “qurbanı” oldu. Mən də heç kimi oyundan uzaqlaşdırmıram”.

Verlişin aparıcısı Murad Dadaşov isə proqramın sonunda Ayan Babakişiyevanın oyundan çıxmasının səbəbinin araşdırıb, sabah açıqlayacağını bildirdi.

Beləliklə, “Maşın” 11 məşhur ilə sabah qaldığı yerdən davam edəcək.

www.yenicag.az

5374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv