Mədəniyyət Evindən oğurluq edən şəxs SAXLANILDI

media-hightechnic-468x90

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib.

Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600